banner
banner

Gündəm

Baş Prokurorluğun sözçüsü videokonfrans keçirib

Baş Prokurorluğun sözçüsü videokonfrans keçirib

İyulun 2-də Avropa İttifaqının və Avropa Şurasının “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” birgə lahiyəsi çərçivəsində “Məhkəmə sistemi üçün kommunikasiya strategiyası” mövzusunda videokonfrans rejimində Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, Avropa Şurasının Bakıdakı Ofisinin nümayəndəsi-lahiyənin rəhbəri Vəfa Rövşənova və Avropa Şurasının milli eksperti Leyla Mədətli arasında görüş keçirilib.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Baş Prokurorluğun mətbuat xidmətinin kommunikasiya strategiyasında maraqları, mətbuat sahəsi üzrə müvafiq qanunvericilik və təlimatlar, o cümlədən digər hakimiyyət orqanları ilə birgə əməkdaşlıq məsələləri barədə geniş fikir mübadiləsi aparılıb.

Tədbir zamanı həmçinin, prokurorluq orqanlarının informasiya siyasəti, o cümlədən media əlaqələri ətrafında diskussiyalar aparılmış, kommunikasiya sahəsində güclü və zəif tərəflər, imkanlar və təhlükələr ilə əlaqədar geniş müzakirələr aparılıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.