Müğənni-bəstəkar Emin yeni albom üzərində işləyir.
Axşam.az-ın məlumatına görə, ifaçı “Naçistotu” (“Sözün düzü”) adlanan albomu ilə bağlı İnstaqram səhifəsində yazıb. O, albomun dekabrın 1-də işıq üzü görəcəyini bildirib. Emin sözügedən mahnısına Bakıda klip də çəkdirib. Bəstənin sözləri İqor Nikolayeva, musiqisi isə İqor Krutoya məxsusdur.
Qeyd edək ki, Emin eyni zamanda “Amor” mahnısının ispan versiyasını hazırladığını bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.