Müğənni Auqust Alsina hər kəsi şok edən açıqlama yayıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı oğlanın sözlərinə görə o, uzun müddət aktyor Uill Smitin arvadı Cado Pankett Smitlə görüşüb.
Uill isə onların sevgisinə xeyir-dua verib. Cütlük sərbəst münasibət yaşamağa üstünlük verir.
Cadanın yaxınları isə məsələni inkar ediblər. Onlar ifaçının yalan danışdığını deyiblər. "Biz Ullə bir yerdə oturub, söhbət edir, yemək yeyirdik. Onların nikahı sadəcə kağız üstündə idi. Hər şeyimi bu münasibətə qurban verərdim. Çox sevdim və onun uğruna hər şey edərəm" deyə, Auqust söyləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.