ABŞ-ın Aydaho ştatında iki kiçik təyyarə toqquşub.
Trend-in "CNN"ə istinadən verdiyi məlumata görə, bu barədə yerli şerifin idarəsinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, təyyarələrin toqquşması nəticəsində 8 nəfər həlak olub, lakin hələki yalnız iki nəfərin meyiti aşkarlanıb.
Bildirilir ki, təyyarələr gölün üzərində toqquşub və onların parçaları göldə batıb. Təyyarələrin parçaları bazar ertəsi və ya çərşənbə axşamı sudan çıxarılacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.