banner
banner

Dünya

“EvilQuest” virusu “macOS” sistemində faylları şifrləyir

“EvilQuest” virusu “macOS” sistemində faylları şifrləyir

"Malwarebytes" şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri "macOS" üçün faylları şifrləyən və əməliyyat sistemində çoxlu problemlər yaradan "EvilQuest" adlı yeni zərərli proqram təminatı aşkarlayıblar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, zərərli kod "Little Snitch" əlavəsinin pirat surətində aşkarlanıb. Orijinal versiyadan fərqli olaraq müdaxiləyə məruz qalan mobil əlavə "PKOS" video quraşdırıcısına "macOS" əməliyyat sisteminə zərərli proqramı tətbiq edən xüsusi skript vasitəsilə göndərilir. Senari faylı "Little Snitch" əlavəsinə bağlı olan "/Library/LittleSnitchd/CrashReporter" qovluğuna köçürüldüyündən istifadəçi onun aktiv olmasını görə bilmir.

Bir müddət sonra sistem və istifadəçi fayllarını şifrləyən fırıldaqçı proqram aktivləşir. Bu səbəbdən "Finder" sistem fayl menecerinin işi dayandırılır, sistem isə fasiləsiz yenidən başladılır.

Daha sonra ekranda istifadəçi fayllarının bərpası üçün 50 dollar ödənişin edilməsini tələb edən bildiriş görünməyə başlayır. Ödəniş edilmədiyi halda bütün məlumatlar bildiriş göründükdən üç gün sonra silinir.

 

Təhlükəsizlik üzrə mütəxəssislər tərəfindən zərərli proqram təminatı faylları şifrlədikdən sonra onun aradan qaldırılması üsulu hələ ki aşkarlanmayıb. Bu səbəbdən istifadəçilərə kənar daşıyıcılarda bütün məlumatların ehtiyat surətlərinin mütəmadi yaradılması tövsiyə olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.