banner
banner

Sağlamlıq

Koronavirusun yeni əlamətləri ÜZƏ ÇIXDI

Koronavirusun yeni əlamətləri ÜZƏ ÇIXDI

Koronavirus epidemiyası təhlükəsi dünyada dava edir.

Milli.Az xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirli yanında Koronavirus Elmi Şurasının professoru Dr.İlhami Çelik yaz-yay aylarında koronavirusun ilkin əlamətlərini açıqlayıb.

O bildirib ki, bu mövsümdə koronavirusun 3 əsas əlaməti müşahidə ediləcək: "Ənənəvi olaraq ilkin əlamət öskürək, hərarət və nəfəs darlığı idi. Bu günə kimi hər üç əlaməti müşahidə edirik. Amma bunlarla bərabər yeni mövsümdə ürək bulanması, qusma və ishal halları baş verir".

"Payızda koronavirusa yoluxma hallarının artacağını gözləyirik. Hələlik ikinci dalğadan danışmaq mümkün deyil. Çünki birinci dalğa sıfırlanmayıb. Xəstəliyi minimum səviyyəyə endirə bilməmişik. Payızda havanın soyuması ilə əlaqədar olaraq insanlar qapalı məkanlara üz tutacaqlar. Ona görə də yoluxma sayının artacağını indidən söyləmək mümkündür. Sentyabr ayında meteoroloji vəziyyət çox vacibdir. Epidemiyanın gedişi, virusun patogen xarakteristikası müəyyənləşəcək. Payızda xəstəliyin kəskin artacağı barədə indidən danışmaq olar", deyə Çelik bildirib. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.