banner
banner

İdman

"Real Madrid"in futbolçuları çempionluq mükafatından imtina edib

"Real Madrid"in futbolçuları çempionluq mükafatından imtina edib

İspaniyanın "Real Madrid" klubunun futbolçuları cari mövsüm La Liqanın qızıl medallarını qazanacaqları halda çempionluq mükafatından imtina edəcəklər.

"Report" xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Eduardo İnda "El Chiringuito" telekanalının canlı efirində bildirib.

Onun sözlərinə görə, oyunçular koronavirusla bağlı yaranmış maliyyə çətinliyini anlayışla qarşılayırlar. Onlar kluba dəstək məqsədilə bu addımı atmağa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, "Real Madrid" 34 turdan sonra 77 xalla turnir cədvəlinə başçılıq edir. "Kral klubu" sona 4 tur qalmış ən yaxın izləyicisi "Barselona"nı 4 xal qabaqlayır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.