banner
banner

Dünya

Dmitri Medvedev Putinlə münasibətlərindən danışıb

Dmitri Medvedev Putinlə münasibətlərindən danışıb

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Prezident Vladimir Putinlə münasibətləri barədə danışıb.

APA-nın xəbərinə görə, D. Medvedev “Komsomolskaya pravdaya” müsahibəsində “Baş Nazir postunu tərk etdikdən sonra V. Putinlə tez-tez və ya nadir hallarda ünsiyyətdə olursunuz?” sualına cavabında bildirib ki, onlar əvvəlki kimi isti yoldaşlıq münasibətlərini saxlayırlar və hər şey yaxşıdır.

“Bu sualı illərdir eşidirəm və təxminən eyni cür cavab verirəm. Bizim əvvəlki kimi isti yoldaşlıq münasibətlərimiz var”, - deyə o vurğulayıb.

Sabiq Baş Nazir qeyd edib ki, Prezident ölkənin birinci şəxsidir və o, V. Putinin müavini kimi Təhlükəsizlik Şurasının fəaliyyətinə, təhlükəsizlik məsələlərinin təmin edilməsinə cavabdehdir: “Məhz buna görə də biz müntəzəm olaraq müxtəlif formatlarda ünsiyyətdə oluruq, təhlükəsizlik sahəsində ən müxtəlif məsələləri, sosial və iqtisadi məsələləri müzakirə edirik”.

D. Medvedev xatırladıb ki, “Vahid Rusiya” partiyasının sədri kimi vaxtaşırı partiyanın problemləri ilə bağlı Prezidentə müraciət edir: “Xüsusən də iqtisadiyyatın, sosial sahənin, əmək və məşğulluğun bir sıra məsələlərinin dəstəklənməsinə dair təkliflərin hazırlanmasından söhbət gedəndə. Belə təklifləri mən ancaq Təhlükəsizlik Şurası sədrinin müavini kimi yox, həm də partiyanın rəhbəri kimi hazırlayıram. Bu mövzu ilə də bağlı ünsiyyətdə olmuşuq. Yəni ki, hər şey qaydasındadır. Hər şey yaxşıdır”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.