banner
banner

Sosİal

İcazəsiz küçəyə çıxan 3 nəfər həbs olundu

İcazəsiz küçəyə çıxan 3 nəfər həbs olundu

Xüsusi karantin rejiminin tələblərinə zidd olaraq Emin Qədimov, Sahib Həmidli və Vüsal Məhərrəmlinin ölkə ərazisi üzrə nəzərdə tutulan SMS icazəsi olmadan küçədə hərəkət etdikləri müəyyən edildiyinə görə barələrində Xətai rayon prokurorluğu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq, qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xətai rayon məhkəməsinə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, məhkəmənin müvafiq qərarları ilə hər 3 şəxs barəsində cərimə və inzibati həbs növündə inzibati tənbeh tədbirləri tətbiq edilib.

Qeyd olunub ki, xüsusi karantin rejiminin tələblərinə əməl etməyərək qanun pozuntularına yol vermiş şəxslərin daha ciddi məsuliyyət tədbirlərinə cəlb edilmələri təmin olunacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.