banner
banner

Sosİal

Azərbaycanda daşqınlar olacaq

Azərbaycanda daşqınlar olacaq

Respublika çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanıb. ANS PRESS-in məlumatına görə, proqnoz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış qarölçmə işlərinin nəticələri, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla hazırlanıb. 

2014-2015-ci illərin qış dövründə Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və qismən də dağətəyi zonalarında qar örtüyünün yaranması dekabr ayının 02-dən başlayaraq yanvar, fevral və mart aylarının ayrı-ayrı günlərində fasilələrlə davam edib. Əsasən yanvar və fevral aylarında çay hövzələrinin yuxarı hissələrində sabit qar örtüyü nisbətən artıb.
Qar xəttinin aşağı sərhədi 2014-cü ildə orta hesabla 2179 m hündürlükdən keçirdisə, bu il 1728 m hündürlükdən keçib. Lakin, mart ayının ayrı-ayrı günlərində havanın maksimal temperaturunun dağlıq və dağətəyi rayonlarda 18-20 dərəcəyə yüksəlməsi, eyni zamanda yağan yağışlar dağlıq ərazilərdə qarın tədricən əriməsinə və qar örtüyünün azalmasına səbəb olub. 

Bu il çay hövzələrində aparılan qarölçmə işlərinin nəticəsinə görə Böyük və Kiçik Qafqazın bölgələrinə düşən qar ümumilikdə çoxillik normaya yaxın olsa da, keçən il ilə müqayisədə çox olub. 

Kür çayından Şəmkir su anbarına axımın normanın 63-80, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 57-85, Araz çayından Araz su anbarına axımın isə normanın 27-47 faizini təşkil edəcəyi gözlənilir.

Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın 76-109, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında normanın 77-106, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında 53-82, Naxçıvan MR çaylarında 36-77, Lənkəran-Astara bölgəsi çaylarında isə 42-78 faizini təşkil edəcəyi gözlənilir.

Bu il qar ehtiyatının normaya yaxın, yaz (aprel-may-iyun) yağıntılarının isə normaya yaxın və bir qədər az gözlənilməsinə baxmayaraq gursululuq dövründə, xüsusən də may və iyun aylarının ayrı-ayrı günlərində gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Balakənçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay), şimal-şərq yamacının (Qusarçay, Qudyalçay, Vəlvələçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Şəmkirçay, Qoşqarçay) və Naxçıvan MR-nın (Naxçıvançay, Gilançay, Əlincəçay) çaylarından qısamüddətli daşqınların keçəcəyi gözlənilir.

Bu il respublikanın daxili çay hövzələri ilə yanaşı Gürcüstan (Kür və Qanıx hövzələri) və Türkiyə (Kür və Araz hövzələri) ərazisində də suvermə qabiliyyətinə malik qar su ehtiyatı çoxillik normaya yaxın, 2014-cü ilə nisbətən isə çoxdur;

Keçən il ilə müqayisədə bu ilin qışında yağıntıların normaya yaxın və keçən ilə nisbətən çox düşdüyünə baxmayaraq, yaz (aprel-may-iyun) yağıntılarının normaya yaxın və bir qədər az olacağı gözlənilir. 

Qeyd olunanları nəzərə alaraq əldə olunan məlumatlara, aparılan hesablamalara və kompleks məlumatların təhlilinə əsasən qeyd etmək olar ki, bu ilin gursululuq dövründə respublikanın daxili çaylarında - Böyük Qafqazın çaylarında sululuğun çoxillik normaya yaxın və bir qədər az, Kiçik Qafqaz və Lənkəran-Astara bölgəsi çaylarında normadan az, iri tranzit çaylarda isə çoxillik normadan əsasən az olacağı gözlənilir. Bu ilin gursululuq dövrünün axımının keçən ilin gursululuq dövrünün axımına nisbətən bir qədər çox olacağı gözlənilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.