Katoliklərin dini lideri Papa Françis bu gün bazar ayinində Aya Sofyanın məscid elan olunmasına münasibət bildirib.
İstanbuldakı Ayasofyanın muzey statusunun ləğv olunaraq, məscidə çevrilməsi qərarından sonra Vatikandan ilk reaksiya gəlib.
Katoliklərin dini lideri Papa Françis bu gün Müqəddəs Pyotr Meydanında keçirdiyi ayin zamanı "bütün fikrim İstanbuldadır, Aya Sofyanı düşünür və çox əzab çəkirəm", deyib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbuldakı Aya Sofya muzeyinin məscidə çevrilməsi barədə fərman imzalayıb.
Bundan əvvəl Türkiyənin ən yüksək inzibati məhkəməsi dünyaca məşhur mədəniyyət ocağının muzey statusunu ləğv edib. 1500 illik tarixi olan, YUNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş bu məbəd binası tikildikdən sonra öncə kilsə, İstanbulun fəthindən sonra məscid, 1930-cu illərdən sonra isə muzey kimi fəaliyyət göstərib.
Aya Sofyanın yenidən məscid kimi fəaliyyət göstərməsi təklifi Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğandan ötən il seçki vaxtı gəlmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.