banner
banner

Dünya

Finlandiya 20 Avropa ölkəsi sərhədlərini açır

Finlandiya 20 Avropa ölkəsi sərhədlərini açır

İyulun 13-dən etibarən Finlandiya koronavirus pandemiyası səbəbindən təxminən 20 Avropa ölkəsinə tətbiq olunan səyahət məhdudiyyətlərini qaldırır.

Trend-in məlumatına görə, qeyd olunan tarixdən etibarən Finlandyadan məhdudiyyətsiz səyahət edə bilinəcək dövlətlər arasında Avstriya, Andorra, Belçika, Yunanıstan, İtaliya, Kipr, Slovakiya, İsveçrə və sairələri var. Məhdudiyyətləri qaldırmaq üçün əsas bu ölkələrdə mövcud müsbət epidemiya vəziyyətidir - əvvəlki iki həftə ərzində hər 100 min nəfərə səkkiz yeni koronavirus hadisəsi. Hər iki həftədə vəziyyət yenidən nəzərdən keçiriləcəkdir.

Bununla yanaşı, Böyük Britaniya, İspaniya, Polşa, Portuqaliya, Fransa, Çexiya, İsveç və bir sıra digər Avropa ölkələrindən Finlandiyaya giriş məhdudiyyətləri uzadılacaq. Bundan əlavə, Finlandiya ilə bir sıra ölkələr, o cümlədən Avstraliya, Əlcəzair, Gürcüstan, Ruanda, Tayland, Uruqvay, Yaponiya arasında yalnız iş və fövqəladə hallarla əlaqədar səfərlərə icazə veriləcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.