banner
banner

Sosİal

Prezidentin açdığı iş yerləri bağlanıb? - İcra başçısından açıqlama

Prezidentin açdığı iş yerləri bağlanıb?

İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov rayonda ölkə başçısı tərəfindən açılan iş yerlərinin bağlanması ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib.

İcra başçısı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, mətbuata bu cür məlumatları rayon sakinləri adından Həsənov Rauf adlı sakin ötürür: “O vaxtilə icrada işləyib. Xalq malını yediyini üçün onu işdən çıxarıblar, sonra isə həbs ediblər. O, belə məlumatları yaymaqla yaxşı işlə təmin olunmaq istəyir. Rayonda kommunal xidmətin müdüri təyin olunmaq istəyirdi, onu yoxladıqda diplomunun saxta olduğu üzə çıxdı. Ona təklif olundu ki, başqa işlərdə işləsin”.

M. Sadıqov qeyd edib ki, R. Həsənovun rayon barəsində səsləndirdiyi fikirlər onun fikridir və buna hörmətlə yanaşır: “Həmin adam gündə mənim haqqımda danışır, hər yerdə təhqir edir. Hər dəfə “Azərbaycan saatı” verilişində İsmayıllının əleyhinə intervü verir. Mən iki ildir ki, İsmayıllının icra başçısıyam. Biz rayonda olan nöqsanları aradan qaldırmaq üçün çalışırıq. Bütün var-qüvvəmlə rayon üçün çalışıram. Onun iradlarına gəldikdə isə, 2012- 2013-cü illərdə İsmayıllıya su çəkilib. Rayon yüksək səviyyədə su ilə təmin olunub. Avtovağzal işləyir. Açılan uçaq bağçasının qruplarının konkretləşdirilməsi və hesabların müəyyən edilməsi prosesi gedir, qeydiyyat məsələsi də başa çatıb. Gələn ay fəaliyyətə başlayacaq. Meşələrin qırılmasına gəlincə isə, rayonun 30 kəndinə artıq qaz çəkilib. Daha iki kəndə də qaz verilməsi üçün işlər aparılır”.

Qeyd edək ki, İsmayıllı sakinləri adından mediada yayımlanan müraciətdə bildirilir ki, rayonda prezidentin açdığı iş yerlərini bağlayıblar. İsmayıllıda hələ də içməli su problemdir. Evlərə qədər borular çəkilib, ancaq su verilmir. Qaz yerinə camaat odundan istifadə edir, meşələri qırırlar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.