“Üzümü güldürən biri var” deyə açıqlama verən Günay İbrahimli ailə qurmaq barədə sual yağışına tutulub. Gecce.az xəbər verir ki, evlənmək barədə düşünmədiyini deyən sənətçi, bu barədə danışmaq üçün çox tez olduğunu söyləyib.
“Ailə qurmaq çoxları üçün planlı şəkildə ola bilər. Amma mənim üçün deyil. Hələ 23 yaşım var. Demirəm ki, ailə qurmaq istəmirəm. Mən də istəyirəm gözəl ailəm, övladlarım olsun.
Zamana buraxaq. Nə vaxt qismət olar onda evlənərəm. “
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.