Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını Olimpiya Güləş Mərkəzində davam etdirir. Azrbaycan Güləş Federasiyasından bildirilib ki, yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yığma komandanın bütün üzvləri təlim-məşq toplanışında iştirak edir. Təlim-məşq toplanışına İran İslam Respublikasının yunan-Roma güləşçiləri də qoşulub. Yeddi idmançı və beş məşqçi ilə təlim-məşq toplanışına qatılan İran yığmasının heyətində Dünya və Asiya çempionatlarının mükafatçıları Mehdi Zeidvand (66 kq), Said Murad Abdvali (71 kq), Abdulmuhammed Papi (59 kq), Hassan Zeidvand (66 kq) da var.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.