banner
banner

İdman

KİV: Rəşad Sadıqov Türkiyə klubuna keçəndə diqqət mərkəzində olub

KİV: Rəşad Sadıqov Türkiyə klubuna keçəndə diqqət mərkəzində olub

Türkiyənin "Eskişehir" klubunda 2010 - 2012 illərində çıxış edən və az müddətdə meydanda olan əcnəbi futbolçularla bağlı araşdırma aparılıb.

"Report" xəbər verir ki, "Anadolu" qəzetinin siyahısında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq müdafiəçisi Rəşad Sadıqov da var.

Nəşr bildirirb ki, 2010/2011 mövsümünün transferlərindən "Qarabağ"dan "Eskişehir"ə keçən Rəşad Sadıqov ən çox diqqət mərkəzində olan futbolçu olub. Lakin mövsümün əvvəlində komandaya qoşulan müdafiəçi qışda Türkiyədən ayrılıb.

38 yaşlı sabiq oyunçu Superliqada cəmi 5 oyunda 90 dəqiqə meydanda ola bilib. Sadıqov "Gençlerbirliği" "Fənərbağça" "Ankaragücü" "Karabükspor" ve "Başakşehir"lə matçlarda iştirak edib.

"Eskişehirspor"da ən az çıxış edən futbolçu isə macarıstanlı Akos Elekdir. 2012-ci ildə icarə əsasında "Videoton"dan komandaya keçən Macarıstan millisinin sabiq üzvü 3 matçda 32 dəqiqə iştirak edib.

Qeyd edək ki, 2011-ci ildən "Qarabağ"da çıxış edən Rəşad Sadıqov 2019/2020 mövsümünün sonunda karyerasını başa vurub. O, bir müddət öncə "Qarabağ"la vidalaşdığını da açıqlayıb. Sabiq müdafiəçinin "Zirə"yə baş məşqçi təyin olunacağı gözlənilir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.