Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirən şəxslərin bir qrupu bu il aprelin 22-24-də İstanbula gedəcək. Səfər Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində fəaliyyət göstərən Media İşçi Qrupunun icra etdiyi layihə çərçivəsində baş tutacaq. Layihə koordinatoru Fərəh Sabirqızı deyib ki, səfərdə Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirən şəxslərlə yanaşı bir qrup jurnalist və millət vəkilinin də iştirakı planlaşdırılır. Nümayəndə heyətinin üzvləri Türkiyənin aparıcı telekanallarında çıxış edəcək, Xocalı faciəsinin baş verməsi haqqında xatirələrini açıqlayacaqlar. Bundan əlavə, İstanbulda Elşad Eyvazlının “Böyüməyən Uşaqlar ” kitabının türk dilində nəşrinin, o cümlədən həmin kitab əsasında çəkilmiş “25” filminin təqdimatı da baş tutacaq.
Hazırda “Şuşaya Azadlıq” kampaniyası nəzdində fəaliyyət göstərən Media İşçi Qrupu hazırda sosial mediada təbliğatın gücləndirilməsi istiqamətində layihə icra edir. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən layihə çərçivəsində indiyədək bir sıra işlər görülüb, “Böyüməyən Uşaqlar ” kitabı ingilis və türk dillərinə nəşr edilib, həmin kitab əsasında “25-lər” filmi çəkilib. Hətta bu il fevralın 26-da Xocalı soyqırımının ildönümündə “25-lər” filminin və kitabın İstanbulda təqdimatı da baş tutub. Növbəti aylarda layihə çərçivəsində həmin kitab alman dilinə tərcüməsi və nəşri, Almaniyada təqdimatının keçirilməsi də planlaşdırılır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.