banner
banner

İdman

"Səbail" kapitanı ilə vidalaşıb

"Səbail" kapitanı ilə vidalaşıb

"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb.
Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, kapitan Eltun Yaqublu bakılılarla vidalaşıb.
Müqavilə müddəti başa çatan 29 yaşlı müdafiəçi ilə yeni sözləşməyə ehtiyac duyulmayıb. "Səbail" ayrılığı bir cümlə ilə açıqlayıb: "Dörd gözəl və emosional mövsüm üçün təşəkkür edirik".

Qeyd edək ki, baş məşqçi Aftandil Hacıyevlə yeni müqavilə bağlayan "Səbail" Fəhmin Muradbəyli, Ruslan Hacıyev, Maykl Essyen və Şəhriyar Rəhimovu yola salıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.