banner
banner

İdman

"Neftçi"nin yeni transferi söz verdi

"Neftçi"nin yeni transferi söz verdi

“Bu fürsət əlimə düşəndə çox sevindim. Çünki “Neftçi” çox yaxşı komandadır. Bu komandaya qoşulduğuma görə çox şadam və uğurları üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin yeni transferi Yusuf Laval klubun televiziyasına müsahibəsində deyib.

22 yaşlı nigeriyalı vinger pandemiya səbəbindən hazırlıq prosesinin çox çətin olduğunu və evdən çıxıb heç nə edə bilmədiyini söyləyib.

Laval ev şəraitində bəzi təmrinləri yerinə yetirməyə səy göstərdiyini sözlərinə əlavə edib: "Fiziki formamı qorumaq üçün artıq bir aydan sonra meydançada məşq etməyə çalışırdım. “Neftçi” fanatlarını internet vasitəsilə izləmişəm. Bilirəm ki, bu komandanın çox gözəl azarkeşləri var. Onlarla görüşü səbirsizliklə gözləyirəm. “Neftçi”də əsas məqsədim ən yaxşı oyunçu olmaqdır”.

Qeyd edək ki, "Neftçi" Yusuf Lavalla 2+1 illik müqavilə imzalayıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.