Epidemiyanın inkişafının qanuna uyğunluqları var. Bu qanuna uyğunluqlar ondan ibarətdir ki, epidemiya başlayır, qalxan istiqamətdə yoluxmaların sayı artır, özünün pik həddinə çatır və müəyyən qədər pikdə qaldıqdan sonra zəifləmə, azalma müşahidə olunur.
bu sözləri TƏBİB-in Elmi Komitəsinin sədri Akif Qurbanov deyib.
O bildirib ki, Azərbaycanın bir neçə həftə əvvəl keçdiyi dövrü epidemiyanın pik vəziyyəti kimi qiymətləndirir: "Bu vəziyyəti Türkiyə bir neçə ay bundan qabaq keçib. Rusiya da artıq yoluxmaların sayına əsasən, pik vəziyyətdən çıxmaq üzrədir. Hesab edirəm ki, Azərbaycanda da pik vəziyyət artıq qurtarıb və görülən tədbirlər nəticəsində yoluxmaların sayı azalır, epidemik prosesin sönməsinə tərəf gedir.
Bu günlərdə yoluxma sayları 400-ün altındadır. Yaxın günlərdə yoluxma sayları daha da azalacaq. Müəyyən saylar zamanı karantin rejiminin növbəti yumşaldılması olacaqdır. Amma əhali karantin rejiminin növbəti yumşaldılmasından sonra arxayınlaşmamalı və daha da qəti qoruyucu tədbirlərdən istifadə olunmalıdır. Biz bilməliyik ki, pandemiya getməyib, epidemiya qurtarmayıb, virus bizim aramızdadır və hər an ikinci, üçüncü dalğa gələ bilər".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.