banner
banner

İdman

İngiltərə klubu millimizin futbolçusu üçün razılıq əldə edə bilmədi

İngiltərə klubu millimizin futbolçusu üçün razılıq əldə edə bilmədi

İngiltərənin "Birmingem Siti" klubu "Vulverhempton"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov üçün rəsmi təklif göndərib.

"Report" "Dailymail" nəşrinə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarə əsasında heyətinə qatmaq istəyib. Hətta tərəflər arasında görüş də baş tutub, lakin klublar ortaq məxrəcə gələ bilməyiblər.

Qeyd edək ki, digər Çempionşip təmsilçisi "Koventri" də Renat Dadaşovla maraqlanır. Hücumçu 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, hələ ki, əsas komandada debüt etməyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.