Baş rollarını Mehmet Günsür, Beren Saat, Metin Akdülger və Melisa Şenolsunun canlandırdığı “Atiye” serialının 3-cü mövsümünün çəkilişlərinə start verilib.
Axşam.az xəbər verir ki, bu barədə aktrisa Beren Saat çəkilişdən foto paylaşaraq məlumat verib.
O, şəklə “Yeni ayda çəkilişlərə başladıq. Atiyenin möcüzələri yenə bizimlədir. Bütün tədbirlər görüldü və biz başladıq” şərhini qeyd edib.
Qeyd edək ki, ekran işinin 2 mövsümünün çəkilişləri tamamlandıqdan sonra ilk mövsümü “Netflix”də yayımlanıb. Serialın 4 mövsüm yayımlanması planlaşdırılır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.