banner
banner

Dünya

İranda bir gündə koronavirusdan 216 nəfər ölüb

İranda bir gündə koronavirusdan 216 nəfər ölüb

Son 24 saat ərzində İranda 2 min 333 nəfər koronavirusa yoluxub, 216 nəfər isə həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında məlumat verib.

Bununla da İranda virusa yoluxanların ümumi sayı 291 min 172 nəfər, ölənlərin sayı isə 15 min 700-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 253 min 213 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 min 695 xəstənin vəziyyəti ağır olaraq qalır.

Mətbuat katibi nəzərə çatdırıb ki, əvvəlki kimi İranın Şərqi və Qərbi Azərbaycan, Rəzavi Xorasan, Əlborz, Xuzistan, Fars, Zəncan, Gülüstan, Kirman, Loristan vilayətlərində vəziyyət ağır olaraq qalıb. Bu vilayətlərdə koronavirusa yoluxma və ölüm halları daha çox müşahidə edildiyi üçün qırmızı zonaya daxildir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.