banner
banner

Sosİal

Abonentlərin sayı açıqlandı

Abonentlərin sayı açıqlandı

2015-ci il aprelin 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 mln. 752 min 660-a çatıb.
Cia.az-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadla verdiyi məlumata görə, qeydiyyata alınmış abonentlərin 22 min 863-ü qeyri-əhali, 1 mln. 729 min 797-i isə əhali sektoruna aiddir. 
Ötən rüb ərzində əhali kateqoriyasına aid 19 min 862 yeni abonent qeydiyyata alınıb ki, bunun da 10 min 538-i Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin, 9324-ü isə regionların payına düşür. Bu ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri abonentlərin say artımında mühüm rol oynayıb. 

Həmçinin, 1 aprel 2015-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 123 152 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Eyni zamanda qeyri-əhali sektoru üzrə 315 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.