Aparıcı Burcu Esmersoy tətil üçün yollandığı Bodrumdan ev satın almaq qərarına gəlib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, son bir həftədir aparıcı əmlakçılarla evlərə baxır. Yalıkavak adlanan səmtdə bir ev bəyənən Burcu qiymətdə də razılaşıb.
O, Bodrumdakı bağ evinə 2 milyon lirə (təxminənə 248 min manat) ödəyəcək.Esmersoy bildirib ki, bu cür addım atmasına səbəb dostları ilə gözəl vaxt keçirmək istəməsidir. O, oetl əvəzinə öz evində daha rahat olacağını deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.