banner
banner

Dünya

BMT-nin maşın karvanına hücum

BMT-nin maşın karvanına hücum

Əfqanıstanda BMT sülhməramlılarının maşın karvanı hücuma məruz qalıb.

“Taliban” hərəkatının hücumu nəticəsində təhlükəsizliyə dəstək üzrə Beynəlxalq qüvvələrə aid ən azı 5 yanacaqla dolu yük maşını məhv edilib.

ANS PRESS-in məlumatlna görə, hadisə Əfqanıstanın Vardak mərkəzi vilayətində baş verib.

İnsident nəticəsində Daxili İşlər Nazirliyinin 1 əməkdaşı həlak olub, karvanı qoruyan 5 asayiş keşikçisi isə yaralanıb. Atışma zamanı 3 terrorçu məhv edilib. Taliban rəhbərliyi hücümün məsuliyyətin öz üzərinə götürüb. Radikalların xəbərinə görə isə onlar tərəfindən 17 yük maşını məhv edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.