banner
banner

İdman

Olimpiya çempionumuz ABŞ-da gücünü göstərəcək

Olimpiya çempionumuz ABŞ-da gücünü göstərəcək

Bu gün Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları start götürür. 

ANS PRESS-in məlumatına görə, 2 gün turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran, Belarus və Türkiyə idmançıları da mübarizə aparacaqlar. 

Dünya Kuboku yarışlarında ölkəmizi təmsil edəcək sərbəst güləşçilərin adları məlumdur. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında turnirə yollanacaq heyətdə Yaşar Əliyev, Cəlal Süleymanov (hər ikisi 57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov, Məhəmməd Müslümov (hər ikisi 65 kq), Ruslan Dibirhaciyev (70 kq), Murad Süleymanov, Cəbrayıl Həsənov (hər ikisi 74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıblar.

Qeyd edək ki, sərbəst güləş üzrə milli komandamız “B” qrupunda İran, Belarus və Türkiyə yığmaları ilə mübarizə aparacaq. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.