Axşam.az xəbər verir ki, İzmirdə Manal Koyu səmtində yerləşən evinə ifaçı 6.5 milyon lirə (1,1 milyon manat) qiymət qoyub.
Aksunun villasında yerləşən hovuzun suyu dənizə axıdıldığı üçün qonşuları ondan şikayət etmişdi. Ötən il bələdiyyə hovuzun axıdıcı yolunu bağlasa da, sənətçi gizli borular çəkdirmişdi. Problemlərdən təngə gələn Sezen evi satıb başqasını almağı planlaşdırır.
Qeyd edək ki, Aksu ötən il evini 5,4 milyona satırdı. Bir müddət sonra o, fikrini dəyişmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.