banner
banner

Sağlamlıq

Bunları edərək çəki almadan SAĞLAM OLA BİLƏRSİNİZ

Bunları edərək çəki almadan SAĞLAM OLA BİLƏRSİNİZ

Bir çox insan karantin səbəbi ilə evə qapanmasına görə artıq çəki problemi yaşamağa başlayıb. Arıqlamağın ən effektiv üsulu maddələr mübadiləsini sürətləndirərək piyləri əritməkdir.

Milli.Az xəbər verir ki, əvvəlcə badam, fındıq, qoz kimi quru meyvələrin toxluq hissi verərək arıqlamağa kömək etdiyini unutmamalıyıq. Edilən araşdırmalara görə qazlı içkilər sıfır kalori də olsa düz qarına sahib olmağa əngəldir. Dietik içkilərdən imtina edərək maddələr mübadiləsini sürətləndirə bilərsiniz. Bir çoxlarının imtina edə bilmədiyi şokalad doğru qəbul edilsə faydalı ola bilər. Araşdırmalar 42 qram şokaladın tərkibindəki kakaonun stressi azaltdaraq maddələr mübadiləsini sürətləndirdiyini sübut edib. Yulaf və taxıl bitkiləri kimi orqanizmi yoran qidalardan uzaq dayanmalısınız. Evdə və yaxud idman zalında hər gün məşq edərək 2-3 saatı hərəkətli keçirməlisiniz. Kalsium qəbul edərək maddələr mübadiləsini daha da sürətli hala gətirə bilərsiniz. Xüsusilə yağlı süd içərək bel hissəsindəki piyləri asanlıqla əridə bilərsiniz. Araşdırmalar kofeinli qəhvə içənlərin, kofeinsiz qəhvə içənlərə nisbətdə maddələr mübadiləsinin daha sürətli olduğunu göstərib. Yaşıl çayla da həmin effekti əldə etmək mümkündür. Gün ərzində çox şəkərli qidalar qəbul etmək, gec yatıb, gec oyanmaq da maddələr mübadiləsini pozur. Sağlam orqanizm üçün yuxu rejiminə xüsusi fikir verməlisiniz.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.