banner
banner

Hərbİ

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - FOTO VİDEO

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir -

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir.

Təlimin ssenarisinə əsasən birləşmə və tabor qərargahları ilə hərbi qərar qəbuletmə prosesinə uyğun tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, ərazidə tapşırıqların dəqiqləşdirilməsi, birgə danışıq cədvəllərinin işlənilib hazırlanması kimi tədbirlər həyata keçirilir.

Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə fəaliyyət zamanı idarəetmənin və rabitə əlaqəsinin təşkili üzrə fəaliyyətlər yerinə yetirilir.

Bölmələrin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq üçün qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması ilə bağlı verilmiş qərar və tapşırıqlar Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində icra olunur.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.