Müğənni sevgilisi Romain Qavra ilə görüntülənən Ora tətil fotolarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Axşam.az xəbər verir ki, mavi bikinisi ilə obyektiv qarşısına keçən ifaçı maskasını da çıxarmayıb. koronavirusdan çox qorxduğunu deyən Ora tətil boyunca bir dəqiqə belə maskasız qalmadığını söyləyib.
Rita tətil üçün İbiza adasına yollanıb. O, çimərlik geyimlərinə uyğun maskalar da hazırlatdırıb. 29 yaşlı sənətçi paylaşımlarına "Tətil də belə maska taxın" şərhini yazıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.