banner
banner

İdman

Almaniyada tamaşaçılar stadiona buraxılmayacaq

Almaniyada tamaşaçılar stadiona buraxılmayacaq

Almaniya çempionatında yeni mövsüm boş tribunlar önündə başlayacaq.

Apasport.az saytının məlumatına görə, tribunaların qismən də olsa açılmasına nail olmağa çalışan Almaniya Futbol Liqasının müraciətinə qənaətbəxş cavab alınmayıb.

Ayrı-ayrı federal torpaqların səhiyyə nazirləri və hökumətlərinin iştirakı ilə keçirilən konfransda futbol qurumunun müraciəti müzakirə edilib. Nazirlər alkoqol satışının qadağan edilməsi, ayaqüstü yerlərin bağlı qalması, biletlərin fərdiləşməsi, qonaq azarkeşlərin buraxılmaması kimi şərtləri müsbət qiymətləndirsə də, oktyabrın 31-dən tez stadionlara tamaşaçı buraxılmayacağını bəyan edib.

Qeyd edək ki, Bundesliqa koronavirus pandemiyası ilə bağlı fasilədən sonra mayda bərpa olunaraq sona çatdırılıb. Yeni mövsümün startı isə sentyabrın 18-nə planlaşdırılıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.