Binanın fasadı və yanan mənzillər Bakı şəhəri İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən təmir olunacaq. Aprelin 10-da Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanında yanğın baş verən doqquzmərtəbəli yaşayış binasında mənzilləri olan 60 ailənin hər birinə bu gün 500 manat kirayə pulu verilib. Bu barədə Xətai Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib. RİH-dən verilən məlumata görə, hazırda yanın binanın fasadı sökülür. Fasad və yanğından zərər çəkmiş mənzillər Bakı şəhəri İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən təmir olunacaq.
Qeyd edək ki, aprelin 10-da Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanındakı 107 mənzilli doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində binanın fasadı, 2 mənzil və bir neçə eyvan yanıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin hadisə yerinə cəlb olunub, binadakı sakinlərin hamısı təxliyə olunub, yanğın söndürülüb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.