banner
banner

Dünya

Almaniyada karantin qaydaları yenidən sərtləşdirilə bilər

Almaniyada karantin qaydaları yenidən sərtləşdirilə bilər

Hazırda 9 900 aktiv koronavirus daşıyıcısının olduğu Almaniyada yenidən sərtləşdirilmiş karantin rejiminə keçilməsi məsələsi müzakirə olunur.

“Report”un Avropa bürosunun məlumata görə federativ respublikada indiyədək 9 200 nəfər infeksiyanın qurbanı olub.

Ən acınacaqlı vəziyyət isə azərbaycanlıların da kompakt yaşadığı Şimali Reyn-Vestfaliya əyalətindədir. Hazırda bu federal torpaqda aktiv koronavirus daşıyıcılarının sayı 4 mini keçib. Yeni tədris ilinin başlaması isə ən çox valideynləri narahat edir. Çünki Meklenburq-Ön Pomeraniya əyalətində keçən həftə yeni tədris ilinin başlaması ilə məktəblərin birində müəllim və şagirdə koronavirus tapılıb. Bundan sonra məktəb yenidən bağlanıb, şagirdlər evlərində karantinə alınıblar.

Valideynlər hesab edirlər ki, Şimali Reyn-Vestfaliya əyalətində məktəblərdə şagirdlər arasında sosial məsafə, maska və gigiyenik qaydaların gözlənilməsini təmin etmək elə də asan deyil. Bu səbəbdən təhsil ocaqlarındakı Valideynlər Şurası əyalətin Təhsil Nazirliyinə rəsmi müraciət edərək məktəblərin açılmasının bir müddət də təxirə salınmasını istəyiblər. Onlar qeyd ediblər ki, əgər mümkün olmasa, siniflərdə şagird sayı minimuma endirilsin, bir şagird həftədə iki dəfə məktəbə gəlsin, qalan günlərdə evdə onlayn dərslərə qatılsın.

Xatırladaq ki, Almaniyada karantin qaydaları may ayında yüngülləşdirilib. Hazırda koronavirus pandemiyası ilə bağlı 1,5 metrlik sosial məsafə, qapalı məkanlarda maska taxmaq, bir ailədən olmayan iki nəfərdən artıq şəxsin bir yerə toplanmaması kimi karantin qaydaları tətbiq edilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.