ABŞ-da azyaşlı övladını vəhşicəsinə döyən ata həbs edilib. Cia.az-ın məlumatına görə, hadisə Birləşmiş Ştatların Kaliforniya ştatında baş verib. 23 yaşlı Custin Uiittinqton üç yaşlı uşağını yumruqlayaraq döydüyü üçün saxlanılıb. Polis Custin Uittinqtoni süpermarketin təhlükəsizlik kamerasına düşən görüntülərin sosial şəbəkədə yayılmasından sonra həbs edib. İstintaqın gedişatında marketin sahibi Harri Dindral bu adamın uşağın atası olduğunu və onları daha əvvəl də marketdə gördüyünü bildirib. Kadrlarda hamilə bir qadının daha sonra uşağı götürüb apardığı görünür. Faktla bağlı araşdırma aparılır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.