banner
banner

Hərbİ

Zakir Həsənov: “Türk ordusu dünyanın ən güclü ordularındandır”

Zakir Həsənov:

“Türkiyə ilə Azərbaycan eyni millətdir, eyni din, dil və mədəniyyətə sahibdir”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov deyib.

Təlimlərdə iştirak edən Türkiyə hərbçilərinə təşəkkürünü bildirən Z. Həsənov qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir və bu bizim şansımızdır: “Şansımız budur ki, güclü ordu ilə təcrübə paylaşırıq. Türkiyə Silahlı Qüvvələri bu gün bütün dünyaya öz gücünü göstərib - Suriyada, İraqda, Liviyada... İnşallah, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri də öz vəzifəsini yerinə yetirəcək. Millətimizin silahlı qüvvələrinin də zamanı gələndə öz vəzifəsini yerinə yetirəcəyinə əminəm”.

Çıxışın ardından Türkiyə və Azərbaycanın Müdafiə nazirləri Hulusi Akar və Zakir Həsənov təlimlərdə fərqlənənləri təbrik edərək, xatirə hədiyyələri təqdim ediblər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.