banner
banner

İdman

“Baku Fires” ABŞ klubunu darmadağın etdi

“Baku Fires” ABŞ klubunu darmadağın etdi

Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının 12-ci turunda "Baku Fires” ABŞ-ın "Knockouts” klubu ilə qarşılaşdı. 
Cia.az-ın məlumatına görə,ilk görüşdə rəqibinə səfərdə 1:4 uduzan rinq ustalarımız, doğma divarlar arasında məğlubiyyətin əvəzini çıxmağa çalışdılar. Adı çəkilən döyüşə qədər Azərbaycan təmsilçisi yarış cədvəlində 23 xalla 2-ci, amerikalılar 18 xalla qrupda 4-cü yeri tuturdular.
Nəticəyə gəldikdə, yüksək döyüş nümayiş etdirən "Baku Fires” tam üstünlüklə qalib gəldi, növbəti mərhələyə vəsiqəni özünə təmin etdi. Bu qələbədən sonra komandamıh hesabına daha 3 xal yazdı (41:20) və 2-ci pillədə yerini qorudu.

"Baku Fires” – USA "Knockouts” 5:0
52 kq. Murad Rabadanov – Brent Riçard Veneqas
60 kq. Albert Səlimov – Karlos Balderas
69 kq. Pərviz Bağırov – Brayan Keballo
81 kq. Mixail Dalqalivets – Stiv Nelson
+91 kq. Haci Murtuzəliyev – Kam Avesome +:-
Bu həftə "B” qrupunda "Puerto Rico Hurricanes” doğma rinqdə "Astana Arlans”ı qəbul edəcək. "Argentina Condors” "Caciques Venezuela” klubu ilə qarşılaşacaq. "Rafako Hussars Poland” isə səfərdə "İtalia Thunder”in qonağı olacaq.
Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1, digər çəkilərdə isə 2 rinq ustası «dördilliy»ə lisenziyaya sahib çıxacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.