Artıq 3-cü ərəb ölkəsi İsrailin dövlət olaraq varlığını tanıdı
Birləşmiş Ərəb Əmirlikləri və İsrail işğal olunmuş torpaqların mənimsənilməsinin dayandırılması üzrə saziş çərçivəsində tam diplomatik münasibətlərin qurulması haqqında razılğa gəliblər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı məlumat ABŞ prezidenti Donald Tramp tərəfindən yayılıb.
Beləliklə, BƏƏ İsraillə diplomatik əlaqələri bərqərar eləyən ilk İran körfəzli, ümumilikdə isə üçüncü ərəb ölkəsi (Misir və İordaniyadan sonra) sayılacaq.
Birləşmiş Ştatların prezidenti bu anları “tarixi” adalandırıb. “İndi buzun qırıldığı bir zamanda mən başqa ərəb və müsəlman ölkələrinin BƏƏ-dən nümunə götürməsini gözləyirəm”,-deyə Tramp tvitter hesabında qeyd edib.
Maraqlıdır ki, BƏƏ və İsrila arasında məsələ ilə bağlı birgə bəyanat elə ABŞ dövlət başçısının tvitindən sonra rəsmi saytlara qoyulub. Burada yaxın zamanlarda iki ölkənin nümayəndə heyətlərinin birbaşa reyslərin açılması, təhlükəsizlik, telekommunikasiyalar, enerji, turizm və səhiyyə sahələrində sazişlərin imzalanması üçün bir araya gələcəkləri vurğulanıb.
Məlumat Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zaid tərəfindən də təsdiqlənib. Onun sözlərinə görə İsrail bunun müqabilndə Fələstin ərazilərinin bir sonrakı işğalını və həmin torpaqları yəhudi vətəndaşlar tərəfindən məskunlaşdırılmasını dayandıracaq.
Lakin Fələstin lideri Mahmud Abbas həmin saizşi kəskin dillə qınayan bəyanatla çıxış edib. Prezident Mahmud Abbasın müşaviri Nabil Əbu Rudeynə isə sazişin imzalanmasını Qüds, Əl-Aksa məsçidi və fələstinlilər üçün xainlik adlandırıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.