Yaşlı insanlarda koronavirusun necə keçməsini təhlil edən alimlər onların əksəriyyətində xəstəliyin atipik simptomlarını müşahidə ediblər.
“Report” xəbər verir ki, Şərqi İngiltərə Universitetinin bununla bağlı araşdırması “medRxiv” resursuna yerləşdirilib.
Məlumata görə, müşahidələr aprelin 7-dən iyunun 29-dək qocalar evində aparılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 103 nəfərin yalnız 38-də koronavirusun standart əlamətləri aşkarlanıb.
Bildirilib ki, 54 nəfərdə ya xəstəliyin, ümumiyyətlə, simptomları qeydə alınmayıb, ya da yoluxmadan 2 həftə sonra ortaya çıxmağa başlayıb.
Bununla belə, yoluxanların çoxu naxoşluq və əzginlik hiss ediblər. Alimlər bunu COVID-19-un atipik kateqoriyasına aid ediblər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.