banner
banner

Dünya

İspaniyada içmək, çəkmək və rəqs etmək qadağan edildi

İspaniyada içmək, çəkmək və rəqs etmək qadağan edildi

İspaniya hakimiyyəti gecə klublarının bağlanması, alkoqoldan istifadənin yasaqlanması, habelə ictimai yerlərdə açıq məkanda siqaret çəkməyi qadağan edib.

“Reuters” agentliyinin məlumatına əsasən, rəsmi Madrid bu addımı koronavirusla yoluxma hallarının artması fonunda atıb.

Son günlərdə İspaniyada infeksiya saylarında ciddi sıçrama müşahidə olunur. Bu həftənin 4-cü günü ölkədə 300 yoluxma halı qeydə alınıb. Hazırda İspaniya 340 minlik xəstə sayı ilə Avropada birinci sıranı tutur.

İspaniyanın səhiyyə naziri Salvador İlla yeni məhdudiyyətlər çərçivəsində bar və restoranların gecə saat 1-də qapanacağını söyləyib. Bundan başqa, nazir insanları pivə içmək üçün, 10 nəfərdən artıq bir yerdə yığışmamağa çağırıb.

İspaniyanın Qalisiya və Kanar adaları bölgələrində artıq ictimai yerərdə siqaret çəkməyi də məhdudlaşdıran tədbirlərə əl atıb.

Rəsmi məlumatlara görə, son bir həftədə ökədə koronavirusdan 70 nəfər vəfat edib. Ümumilikdə Pireney yarımadasının ən böyük dövlətində koronavirus qurbanlarının sayı 30 minə yaxınlaşıb.

“İndiki situasiyanı mart və aprellə müqayisə etmək olmaz. Indi xəstəlik hər hansı simptom vermədən gənclər arasında yayılıb”,-deyə nazir qeyd edib.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.