"Barselona" antirekorda, Lionel Messidən rekord imza atıb
Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində "Bavariya" ilə qarşılaşan "Barselona" antirekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu birinci hissədə 4 qol buraxmaqla bunu reallaşdırıb.
Kataloniyalılar tarixləri ərzində ilk dəfə Çempionlar Liqası matçının birinci hissəsində 4 dəfə mərkəzə dəvət edilib.
"Barselona"nın kapitanı Lionel Messi isə turnirdə 143-cü matçına çıxaraq, bu göstərici ilə "Real"ın əfsanəvi hücumçusu Raul Qonzalesi geridə qoyub və 4-cü pilləyə yüksəlib. Onu yalnız Xavi Ernandes (151 oyun), Kriştianu Ronaldo (170) və İker Kasilyas (177) qabaqlayır.
Leo eyni zamanda ÇL-in 1/4 finallarında 23-cü oyununu keçirməklə yeni rekord müəyyənləşdirib. Kataloniyalıların hazırkı müdafiəçisi Pike və sabiq kapitanı Andres İnyestanın aktivində isə 1/4 final mərhələlərində 22 matç var.
Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən "Barselona" - "Bavariya" matçında ikincilər 4:1 hesabı ilə öndədir.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb