banner
banner

İdman

Zirə” növbəti transferini reallaşdırıb

Zirə” növbəti transferini reallaşdırıb
Bakının "Zirə" futbol klubu heyətinə yeni futbolçu cəlb edib. AZƏRTAC xəbər verir ki, Rəşad Sadıqovun komandası Kayo Rangellə anlaşıb. 24 yaşlı braziliyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Hücumçu daha əvvəl ölkəsinin "Kruzeyro", "Krisiuma", "Yuventude", "Parana", "San Bento", "Ferrovayra", İtaliyanın "Kalyari", Portuqaliyanın "Arouka" və "Eştoril", klublarının da şərəfini qoruyub. Braziliyanın 17 yaşadək futbolçulardan ibarət millisində də 8 oyun keçirən vinger 3 dəfə fərqlənib. Xatırladaq ki, "Zirə" bunadək Klesio Bauk, Rəşad Eyyubov, Kərim Diniyev, Sərtan Taşqın, Şəhriyar Rəhimov, Ruslan Qurbanov, Rəşad Əzizli, Tural Bayramlı, Ayxan Süleymanlı, Lazar Corceviç, Hacıağa Hacılı və Cəlal Hüseynovu heyətinə qatmışdı.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.