banner
banner

Gündəm

Prezidentin köməkçiləri tanınmış videoblogerlə görüşdü FOTO

Prezidentin köməkçiləri tanınmış videoblogerlə görüşdü FOTO

Satirik videoların müəllifi Ərtoğrul Kamalov Azərbaycan Respublikası Prezidentinin köməkçiləri – Şahmar Mövsümov və Hikmət Hacıyevlə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Ə.Kamalov özü bildirib.

"Çox dəyərli Şahmar müəllim və Hikmət müəllimlə görüşümüz baş tutdu. Mənimçün qururverici anlar idi. Səmimiyyətləri isə tamam başqa idi. Var olun ölkəmizin dəyərli oğulları. Allah Sizi qorusun.. Nə yaxşı ki, Sizi şəxsən tanıdım, nə yaxşı ki, varsınız. Şahmar müəllim də, Hikmət müəllim də videolarımı çox bəyəndiklərini və davam etməyimi istədilər", - o əlavə edib.

Qeyd edək ki, H.Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bir neçə gün öncə keçirilən brifinqində çıxışı zamanı Ə.Kamalovun hazırladığı videomaterialları bəyəndiyini bildirərək onu Prezident Administrasiyasına dəvət edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.