banner
banner

İdman

UEFA həftənin oyunçusu adına namizədləri açıqlayıb

UEFA həftənin oyunçusu adına namizədləri açıqlayıb

UEFA Çempionlar Liqasının final matçından sonra həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb. 

"Report"un məlumatına görə, bu ada Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer, yarımmüdafiəçiləri Kinqsli Koman ilə Tiaqu Alkantara və Fransa PSJ-sindən Markinyos iddialıdır. 

Alkantara həlledici qarşılaşmada 92 faiz dəqiq ötürmə verib, Manuel Noyer isə komandasını 3 dəfə real qoldan xilas edib. Münhen təmsilçisinin qolunu 59-cu dəqiqədə Kinqsli Koman vurub. Markinyos isə 81 faiz dəqiq ötürmə ilə yadda qalıb və 4 dəfə topu rəqibdən alıb. 

Qeyd edək ki, "Bavariya" finalda PSJ-ni 1:0 hesabı ilə məğlub edərək 6-cı dəfə kubokun qalibi olub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.