banner
banner

Sağlamlıq

Lifli məhsulların əsas üstünlükləri: Sürətlə arıqladır…

Lifli məhsulların əsas üstünlükləri: Sürətlə arıqladır…

Artıq çəkidən qurtulmaq üçün mütləq lifli qidalardan istifadə olunmalıdır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, mütəxəssislər tərəfindən tövsiyə olunan bu məhsullar təkcə sürətlə çəki itkisinə səbəb olmur, həmçinin bir sıra xəstəliklərdən də qoruyur. Bildirilir ki, həm sürətli, həm də sağlam şəkildə arıqlamaq istəyənlər bu məhsulları mütləq diet siyahılarına salmalıdırlar.

Ümumiyyətlə, hesab olunur ki, gün ərzində daha çox miqdarda lifli qidalardan istifadə olunmalıdır. Lifli qidaların ən önəmli tərəfi xolestrol səviyyəsini aşağı salması hesab olunur. Onlar öd turşusuna təsir edərək yağ və xolesterol səviyyəsini aşağı salır, daha uzun zaman toxluq hissi yaradır. Bu funksiya qida qəbulunun müəyyən dərəcədə azalmasını da təmin edir.

Aparılan araşdırmalar göstərir ki, lifli qidalar qəbul etmək xolesterolu aşağı saldığlı üçün ürək xəstəlikləri riskini 9 faiz azaldır. Bundan başqa, hər gün 7 qram lifli məhsul yemək iflic olma riskini 7 faiz azalda bilir. Eləcə də qarşıq diet proqramları yerinə gündəlik lifli qidalara üstünlük vermək daha tez çəki itkisinə səbəb olur.

Bəs daha çox hansı lifli qidalar tövsiyə olunur?

 

Bu siyahıda portağal, quru əncir, kakao, bulqur, qarğıdalı, taxıl məhsulları, yulaf əzməsi, badam, banan, brokoli, yaşıl noxud, avokado, nar, alma, soya, armud, çiyələk, kök, tut, böyürtkən, qabaq, turp, badımcan, kərəviz, kəpəkli makaron, fıstıq, kokos və s. adları var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.