banner
banner

İdman

Paraqvay məhkəməsi saxta sənədlərə görə saxlanılan Ronaldinyonu azad etdi

Paraqvay məhkəməsi saxta sənədlərə görə saxlanılan Ronaldinyonu azad etdi

Paraqvaylı hakimi Qustavo Amarilya keçmiş braziliyalı futbolçu Ronaldinyo və qardaşı Roberto de Assisunun ev dustaqlığından azad edilməsi barədə qərar verib.

Hakimin qərarına görə Ronaldinyo və qardaşı artıq Braziliyaya qayıda bilər. Robert de Assis 2 il şərti cəzaya, bundan əlavə hər ikisi 200 min dollar məbləğində cərimə ödəməyə məhkum ediliblər.

Ronaldinyo və qardaşı saxta pasportlarla Paraqvaya gələrkən martın 4-də paytaxt Asunsyonda tutulublar. Onların otel otaqlarında edilən axtarış zamanı adlarına saxta Paraqvay pasportları aşkarlanıb. Daha sonra məhkəmə ölkəni tərk edə biləcəklərindən qorxaraq məşhurları istintaq təcridxanasında, aprelin əvvəlində isə girov müqabilində buraxılan məhşur futbolçu və qardaşı Asunsyondakı otellərdən birində ev dustaqlığında saxlanılıblar.//Trend

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.