Azərbaycanda toylar bu tarixdə başlaya bilər - Məsələ qaldırılıb
Bu ilin noyabr ayından Azərbaycanda toylar bərpa olunması üçün müəyyən təkliflər irəli sürülüb.
Bu barədə Millət vəkili Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib.
"Noyabrdan etibarən şadlıq saraylarının fəaliyyətə başlaması üçün standartların hazırlanması, tətbiq edilməsi və fəaliyyətinə icazə verilməsini təkliflərini irəli sürmüşük.
Digər sektorlarda oxşar meyarlarn tətbiqi məqsədəuyğun olardı. Bu baxımdan pandemiyaya qarşı mübarizə hər birimizin qaydalara əməl etməyimizdən asılıdır.
Xüsusən də biz həm tibbi maskadan istifadə etmək, həm sosial məsafəni qorumaq və gigenik qaydaları gözləməklə pandemiyanın təsirlərini minimumlaşdıra və iqitsadiyyatın tam açılımına gedə bilərik”, - deyə Vüqar Bayramov bildirib
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.