banner
banner

İdman

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində irəlilədi

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Qol.az xəbər verir ki, siyahıda Azərbaycanın mövqeyində dəyişiklik olub. Çempionlar Liqasının 2-ci turunda ötən gün “Şerif"ə (Moldova) 2:1 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycanın xalını artırıb və mövqeyini yüksəldib.

Aktivinə 0,375 xal yazan Azərbaycan son beş mövsümün nəticələrinə əsasən 15.125 xalla 26-cı yerdən 25-ci pilləyə yüksəlib. Buna həm də Rumıniya ÇFR-inin öz meydanında Xorvatiya “Dinamo”su ilə 2:2 hesablı heç-heçə səbəb olub.

Ölkəmizi Rumıniya (26) Qazaxıstan (27), Belarus (28) izləyir. 24-cü yerdə olan Norveç isə Azərbaycanı 0.125 xal qabaqlayır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.