banner
banner

Sosİal

Bakı sakinlərinə qəti- QADAĞA

Bakı sakinlərinə qəti-

Bakının mərkəzi küçələrində yaşayış binalarının divarlarına yeni elanlar vurulub. Bu elanlarda binaların küçə və prospektlərə baxan eyvanlarına əşyalar qoyulmasının, paltar asılmasının qadağan edildiyi bildirilir.

Bu elanlar dünəndən etibarən paytaxtın mərkəzi küçələrindəki binaların üstünə vurulub. Sakinlərin müxbirimizə verdiyi məlumata görə, mənzillərə bir-bir gedilərək onların sahiblərinə xəbərdarlıq da edilib.
Elanın mətninin altında “Müdiriyyət” sözü yazılıb. Sakinlərdən əldə etdiyimiz məlumata görə, elanlar Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən vurulub.
Qeyd edək ki, balkona paltar asmaq qadağası ilk dəfə bir neçə il əvvəl Naxçıvanda tətbiq olunub. Daha sonra isə bir neçə ay Sumqayıt şəhərində də bu cür qadağalar tətbiq edilib. İndi isə Bakıda bu cür qadağanın qoyulmasına başlanıb.
Belə güman edilir ki, BŞİH bu addımı iyunda Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq məqsədi ilə atıb. Meriya paytaxtda onun estetik görünüşünə xələl gətirə biləcək mənzərələrin olmamasına bu yolla çalışır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.