Neymar və di Maria Messiyə "gəl-gəl" deyir, “PSJ”-yə çağırırlar
“Barcelona” isə Messini “Mançester Siti”-yə satmağı üstün tutur
“Paris Saint-Germain”dən Lionel Messiyə ciddi maraq var. Buna görə də Neymar və Anhel di Maria “Barsa”nın kapitanı ilə əlaqə saxlayıblar.
Musavat.com Marca.com-a istinadla bildirir ki, idman direktoru Leonardo Parisdəki layihə barədə danışmaq üçün argentinalıların nümayəndələri ilə görüşüb.
Hazırda Messi "Mançester Siti"-yə qoşulmağı daha üstün tutur, lakin bu,”PSJ”-nin oyunçularının onu komandalarına daxil etməyi arzulamalarına mane olmur. "Barselona" rəhbərliyi isə Messini Mançester klubuna satmağın daha sərfəli olacağını düşünür. Çünki "Siti"nin sahibləri daha səxavətlidir.
“Le Parisien”in yazdığına görə, Neymar və di Maria yaxın dostları olan Messi ilə əlaqə quraraq onu “Parc des Princes” ə köçməyə razı salmağa çalışırlar. Ancaq hər şey klublar arasındakı sövdələşmələrdən asılıdır.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb